İlon Mask müğənni sevgilisindən ayrıldı

25 Sentyabr 2021 12:24

Dünyanın ən varlı şəxslərindən olan İlon Mask sevgilisi Qraymsdan (əsl adı Kler Buşe) ayrılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, üç il birlikdə yaşadıqdan sonra 50 yaşlı amerikalı iş adamı 33 yaşlı kanadalı müğənni ilə ailə münasibətlərinə son qoyub.

Buna baxmayaraq, məşhur cütlüyün sülhlə ayrıldığı və bir yaşlı oğullarını birlikdə böyüdəcəkləri bildirilib.

Milli.Az