Şahmatçılarımızdan bürünc medal

25 Sentyabr 2021 08:58

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycanı təmsil edən "Vüqar Həşimov" komandası 7-ci turda turnirin favoriti Makedoniyanın "Alkaloid" komandasını məğlub edib.

Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Milli.Az