Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var

25 Sentyabr 2021 07:25

Argentinanın Buenos-Ayres əyalətində təyyarə qəzaya uğrayıb.

Bu barədə yerli "Todo Noticias" telekanalı məlumat yayıb.

Qəza nəticəsində 2 nəfər ölüb. Təyyarədə başqa sərnişin olmayıb.

İlkin məlumatlara görə, təyyarə aeroklubun ərazisindən qalxarkən Berasategui rayonundakı magistral yolun yaxınlığında qəzaya uğrayıb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Milli.Az