“Vüqar Həşimov” komandası klublararası Avropa kuboku yarışının bürünc medalını qazanıb - FOTO

24 Sentyabr 2021 23:55

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanı təmsil edən "Vüqar Həşimov" komandası 7-ci turda turnirin favoriti Makedoniyanın "Alkaloid" komandasını məğlub edib. Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Milli.Az