Qəribə qəza - qartalla toqquşdu, təyyarənin təkəri partladı

24 Sentyabr 2021 20:42

Kubada Rusiyaya uçuş həyata keçirən sərnişin təyyarəsi uçuş-eniş zolağında quşlarla toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, insident "Azur Air" aviaşirkətinin Varadero-Moskva reysini həyata keçirən təyyarəsində qeydə alınıb.

Qeyd olunur ki, təyyarə havaya qalxan zaman iki qartal ona çırpılıb və pilot təyyarəni qəfil dayandırmalı olub. Nəticədə təyyarənin təkəri partlayıb.

Hadisə nəticəsinə sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin əlavə göyərtə ilə Moskvaya yola salınacağı bildirilib.

Milli.Az