Oktyabrın 1-dən həftəsonları avtobus və metro işləyəcək - RƏSMİ

24 Sentyabr 2021 17:52

Oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyat və metro işləyəcək.

Milli.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur.

Milli.Az