Rusiyada tələbələri güllələyən komadan ayıldı - İLK SÖZLƏRİ

24 Sentyabr 2021 20:06

Perm Dövlət Universitetinə hücum edən Timur Bekmansurov özünə gələndən sonra həkimdən valideynlərini soruşub.

Milli.Az lent.az-a istinadla bildirir ki, Bekmansurov tənəffüs aparatından ayrılıb, ancaq hələ ki vəziyyəti ağır qiymətləndirilir.

O, həkimdən valideynlərinin olub-olmadığını soruşub və bir müddət sonra onların harada olduğunu dəqiqləşdirməyə çalışıb.

Məlumata görə, Permdəki universitetdəki təcavüzkarın valideynləri onun vəziyyəti ilə maraqlanmayıblar və heç vaxt xəstəxanaya zəng vurmayıblar.

Bekmansurovun özünə gəlməsi barədə daha əvvəl regional Səhiyyə Nazirliyinin rəhbəri Anastasiya Kruten məlumat vermişdi. Sonradan məlum olub ki, o, tək bir VIP otağına yerləşdirilib. Hüquq-mühafizə orqanlarına ölənlərin və ya yaralananların yaxınlarının bəzilərinin otağa Bekmansurova girə biləcəyi barədə məlumat daxil olub və təhlükəsizliyi gücləndirmək qərarına gəliblər.

Qeyd edək ki, Timur Bekmansurov zərərsizləşdiriləndən sonra bir ayağı kəsilib.

Bekmansurov universitetə sentyabrın 20-də hücum edib. Nəticədə 6 nəfər həlak olub, 40-dan çox adam yaralanıb.

Milli.Az