Son sutkada bu qədər vaksin vurulub

24 Sentyabr 2021 16:44

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58 256 vaksin vurulub.

Milli.Az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 440 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 227 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 683 453, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 544 276 təşkil edir.

Milli.Az