Misir küçə gəzintilərindən qurtulmaq niyyətindədir

24 Sentyabr 2021 22:15

Misirin Turizm naziri Xalid əl-Anani, ölkəyə həm turoperatorlar, həm də fərdi olaraq gələn bütün turistlər üçün ekskursiya səfərlərinin təşkilini tənzimləyən fərman imzalayıb. Sənəd 2021-ci ilin noyabrından qüvvəyə minir.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, fərman, 2014-cü ildə turist qrupları üçün səyahət icazələri haqqında qəbul edilmiş qaydalara dəyişiklikləri nəzərdə tutur və bu səfərlərin təşkili üçün sərtləri, mexanizmi göstərir.

Agentliyin açıqlamasında deyilir ki, yeni düzəlişlər turizm sənayesinin qorunmasına və Misirin təhlükəsiz səyahət yeri kimi nüfuzunun qorunmasına kömək edəcək.

Xüsusilə, turist səfərləri nazirlik tərəfindən lisenziyalı nəqliyyat vasitələrində, habelə sertifikatlaşdırılmış bələdçi və ya turizm şirkətinin nümayəndəsi tərəfindən həyata keçirilməlidir.

Qərara görə, səlahiyyəti olmayan turizm şirkətlərinə hər hansı səyahət satışı etmək, bu işdə vasitəçi kimi iştirak etmək, səyahətləri təşkil etmək və ya keçirmək qadağandır.

Gəzintini həyata keçirən turizm şirkəti, ekskursiyadan əvvəl turizm agentliklərinə və nazirliyə məlumat verməlidir və bununla bağlı turist qarşısında mülki və cinayət məsuliyyəti daşıyır. 

Milli.Az