“Səs Azərbaycan” layihəsi nə vaxt başlayır - Xalq Artisti açıqladı

24 Sentyabr 2021 20:00

"Səs Azərbaycan" layihəsinin başlanmasına sayılı günlər qalıb.

Milli.Az xəbər verir ki, bu barədə "Xalq artisti" Tünzalə Ağayeva məlumat verib. 
Müğənni bu barədə "Facebook" hesabında paylaşım edib.

"Yeni səslərin, istedadların böyük məqamı yetişdi. Qarşılayın, "Səs Azərbaycan" yenidən gündəmə gəlir. Sevdiyim sənət dostlarım - Brilliant Dadaşova, Eldar Qasımov və Murad Ariflə bu həyacanı bir yerdə yaşadıq, kövrəldik, sevindik, üzüldük, qürur duyduq. İndi isə qoy tamaşaçılar ən gözəl səs şousundan zövq alsınlar. Qaliblər hər zaman layiqlilər olsun", - deyə Tünzalə vurğulayıb.

Qeyd edək ki, "Səs Azərbaycan" oktyabrın 8-i saat 21:30-da İctimai TV-də yayımlanacaq.

Milli.Az