Azərbaycanlı taksi sürücüsü əlil qadını vurdu - üzünə tüpürdü - VİDEO

24 Sentyabr 2021 17:54

Sankt-Peterburqda azərbaycanlı taksi sürücüsü əlil qadına qarşı etdiyi kobud hərəkət Rusiya telegram kanallarında yayılıb.

Milli.Az xəbər verir ki, azərbaycanlı Bəhmən Quliyev qadını təhqir edib və "qancıq 10 dəqiqə gecikmisən" deyərək onunla çox kobud davranmaqla yanaşı, üzünə tüpürüb. Yaşlı qadın şəhər poliklinikasının travmatologiya şəbəsinə yerləşdirilib. Qadını qoruyan qız bu hadisənin həm qurbanı, həm də şahidi olduğunu deyib: "Düşünürəm ki, belə sürücülər nə taksidə, nə də Rusiyada işləməməlidir".

Kamran Seyidov
Milli.Az