Messi PSJ-nin növbəti oyununda meydana çıxmayacaq

24 Sentyabr 2021 19:42

PSJ-nin hücumçusu Lionel Messi ümumi qrupda məşqlərə hələ başlamayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mənbənin bildirdiyinə görə, futbolçu Fransa çempionatının "Lion"la oyununda dizini zədələdikdən sonra qaçış məşqlərinə qayıtmayıb.

Onun sentyabrın 25 və ya 26-da məşqlərə qoşulacağı gözlənilir.

Həmçinin argentinalı oyunçunun "Monpelye" ilə görüşü buraxacağı da güman edilir. Belə ki, Məşq Qərargahı onun gücünü Çempionlar Liqasında "Mançester Siti" ilə oyuna qorumaq istəyir.

Milli.Az