Arbidol kovidin müalicə sxemindən çıxarıldı - Təsir etmir

24 Sentyabr 2021 21:35

Rusiya Səhiyyə Nazirliyi kovidin müalicəsi üçün yeni metodik tövsiyələrini açıqlayıb.

Milli.Az xəbər verir ki, umifenovir - Arbidol müalicə sxemindən çıxarılıb, həm ambulator, həm də stasionarda pasiyentlərin kovid müalicəsində Arbidol tətbiq olunmur.

Yüngül gedişatlı xəstələrə Budesonid preparatı daxil edilib.

Orta ağır xəstələr üçünsə yanus-kinaz ingibitorları tövsiyə edilib. /medicina.az

Milli.Az