Meşəbəyi tərəfindən qaçırılan 15 yaşlı qız tövlədən çıxdı - VİDEO

25 Sentyabr 2021 00:15

Adanada 40 yaşlı meşə təsərrüfatı işçisi tərəfindən qaçırılan 15 yaşlı lisey şagirdi polis tərəfindən tapılıb.

Milli.Az türk mediasına istinadən xəbər verir ki, müayinədən keçən qız ailəsinə təhvil verilib. Nəzarətə alınan meşə işçisinin dindirilməsi davam edir. Məlumata görə, 40 yaşlı meşəbəyinin qızla tanışlığı keçən il baş tutub.

Kişi ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Kişi qıza zərər vermədiyini və könüllü olaraq evində qaldığını söyləyib.

Kamran Seyidov
Milli.Az