Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb

24 Sentyabr 2021 14:50

Ermənistanda daha 906 nəfər COVID-19-a yoluxub.

Milli.Az bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb. Son sutkada koronavirusdan 16 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 216-ya yüksəlib.

Koronavirusa yoluxan 238 527 nəfər sağalıb. Hazırda 11 612 pasiyent müalicə olunur.

Milli.Az