Məryəm Üzərli izləyicilərini 15 il əvvələ apardı - FOTO

24 Sentyabr 2021 14:26

Tükənmişlik sindromuna yoluxduğunu iddia edərək xaricə gedən Məryəm Üzərli uzun müddətdir televiziya ekranlarından uzaq düşüb.

Milli.Az lent.az-a istinadən məlumat verir ki, keçən il amerikalı sevgilisi ilə münasibətlərindən uşaq dünyaya gətirən Məryəm Üzərli ikinci dəfə ana olmaq sevincini yaşamışdı. Üzərli körpəsinə Lily Koi adını verdiyini açıqlamışdı. Məryəm Üzərli indi isə özünə şəxsi fotoqraf işə götürüb.

Gündəmdən düşməmək üçün sosial media hesabında tez-tez şəkillər paylaşan Məryəm Üzərli, #tbt notu ilə illər öncəki fotosunu paylaşıb. Məryəm Üzərli izləyicilərini 15 il əvvələ aparıb.

Üzərli 23 yaşında çəkilmiş fotosunu pərəstişkarlarına təqdim edib.

Milli.Az