Uşaqlara qarşı rəzalətə yol verən bağça müdirinin cəzası bəlli oldu - FOTOlar

24 Sentyabr 2021 14:08

Türkiyəni qalmaqallı görüntülərlə ayağa qaldıran uşaq bağçasının sahibi 10 ay 15 gün həbs cəzasına məhkum edilib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, 2018-ci ildə İstanbulun Tuzla bölgəsində yerləşən uşaq bağçasında qeydə alınan görüntülərdə oğlan və qızların alt paltarı olmadan tualetə aparılaraq döyülməsi görüntüləri sərt reaksiya doğurmuşdu.

Körpələr evindəki rüsvayçılıqla əlaqədar başladılan işə qərar verən məhkəmə bağça sahibi Gülay Dağtmaç haqqında 10 ay 15 gün həbs cəzası kəsib. Baş Prokurorluq Güler Dağtmaç üçün 2 ay 15 gün həbs cəzası istəmişdi. Rüsvayçılıq faktı uşağı eyni məktəbdə oxuyan təmizlik işçisi Zeynep Atasever tərəfindən ortaya çıxıb.

Kamran Seyidov
Milli.Az