“Qurtarın bu komediyanı...” - Teleaparıcı nəqliyyatın bərpasını tələb etdi

24 Sentyabr 2021 16:52

"Həftə sonları ictimai nəqliyyatın işləməməsi Covid əlehinə tədbir deyil. Qətiyyən deyil!"

Milli.Az Yeni sabah-a istinadən xəbər verir ki, bunu tanınmış teleaparıcı Turan İbrahimov deyib. Onun fikrincə həftəsonları ictimai nəqliyyatın işləməməsi Covidi bəhanə edərək, vətəndaşların maddi və mənəvi itkiləri hesabına qənaət etməkdir: 

"Qurtarın bu komediyanı və ictimai nəqliyyatı normal iş rejiminə qaytarın. İnsanları incitdiniz, bəsdir!"

Milli.Az