Pakistanda şiddətli yağışlar həyatı iflic etdi - VİDEO

24 Sentyabr 2021 19:24

Pakistanın Karaçi şəhərində yağan şiddətli yağışlar həyatı iflic edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, evləri və iş yerlərini su basıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.

Şəhərin müxtəlif bölgələrində yollarda daşqınlar əmələ gəlib.

Şiddətli yağışlar səbəbindən çox sayda maşını sel suları aparıb, nəqliyyat bəzi yerlərdə dayanıb.

Rəsmilər yağışların davam edəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq ediblər.

Milli.Az