ABŞ onları da Quantanamoya göndərir? - Ağ Ev

24 Sentyabr 2021 11:08

ABŞ rəhbərliyi Haitidən olan mühacirləri Quantanamo həbsxanasına köçürməyi planlaşdırmır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Cen Psaki danışıb.

"Bunu etməyəcəyik, bu istiqamətdə heç bir plan olmayıb", - Psaki söyləyib.

Qeyd edək ki, son günlər ABŞ-ın cənubunda haitili miqrantların polis tərəfindən təzyiqlərə məruz qaldığı barədə məlumatlar yayılır.

Milli.Az