Məşhur aşpazın toyunda aləm qarışdı: Pirotexniki vasitə gəlinin paltarına düşdü - VİDEO - FOTO

24 Sentyabr 2021 15:22

Türkiyənin məşhur aşpazı Arda Türkmenin sosial media fenomeni Melodi Erbirlilerlə toyu baş tutub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dəbdəbəli mərasimdə gözlənilməz hadisə baş verib.

Belə ki, türkiyəli vloqer Sibil Çetinkaya yaşanan anları telefonla qeydə alan zaman əlindəki pirotexniki vasitə (benqal şamı) gəlinin paltarına düşüb. Xoşbəxtlikdən Çetinkaya dərhal şamı götürüb və mümkün faciənin qarşısını alıb.

Qışqıraraq gəlinin arxasınca qaçan Çetinkaya bu anları 450 min izləyicisi olan "Instagram" hesabında paylaşıb.

Milli.Az