Ölkənin 70 faizi fasiləsiz içməli su ilə təmin edilib - Azərsu

24 Sentyabr 2021 08:42

Hazırda Azərbaycanın 70 faizi fasiləsiz içməli su ilə təmin edilib.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, hazırda digər ərazilərin içməli su ilə fasiləsiz təminatı ilə bağlı tədbirlər görülür: "Bakı şəhərinin isə artıq 86 faizi fasiləsiz içməli su ilə təmin edilib".

Milli.Az