Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əliyev İbrahim Zabit oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az