Məşhur aktyor dünyasını dəyişdi

23 Sentyabr 2021 17:12

"Hawaii Five-0" serialında detektiv Ben Kokua rolunu oynayan məşhur aktyor Al Harrington 85 yaşında dünyasını dəyişib.

Milli.Az lent.az-a istinadən məlumat verir ki, Al Harringtonun ailəsi onun ölümünü təsdiqləyib və bildirib ki, bu yaxınlarda insult keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Harrington klassik "Forrest Gump"da Tom Hanks ilə birlikdə oynadığı rollara əlavə olaraq "Charlies Angels", "The Jeffersons", "Magnum PI" və "Scrubs" kimi televiziya şoularında da iştirak edib.

Milli.Az