Bülbülün Şuşadakı ev muzeyinə yeni direktor təyin edildi

23 Sentyabr 2021 15:42

Fəxrəddin Hacıbəyli Bülbülün Şuşadakı ev muzeyinə yeni direktor təyin olunub.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev muzeyinin bərpa işlərindən sonra açılışı olub.

Milli.Az