Rusiyada təhlükəli cani türmədən qaçdı: 21 il idi həbsdəydi

23 Sentyabr 2021 17:54

Rusiyanın Tümen şəhərində yerləşən cəzaçəkmə müəssisəsindən təhlükəli cani qaçıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qətl, quldurluq və reketlikdə ittiham olunan 43 yaşlı Novikov barəsində ümumrusiya axtarışı verilib.

Novikov 21 il idi ki, cəza çəkirdi. O, Kemerovo vilayət məhkəməsinin hökmüylə 23 il 4  ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Milli.Az