Özünü timsahın üstünə atdı - 74 yaşlı qadın itini xilas etməsi - Anbaan VİDEO

23 Sentyabr 2021 19:36

Florida ştatının Boka Raton şəhərində itini gəzdirən 74 yaşlı qadın hər kəsi heyrətə salıb.

Milli.Az The Palm Beach Post qəzetinə istinadən xəbər verir ki, iki metr uzunluğunda timsah göldə üzən itinə hücum edib. Lakin qadın özünü timsahın üstünə atmaqla heyvanı yırtıcıdan xilas edə bilib: "Tərəddüd etmədən bacardığım tək şeyi etdim: özümü bütün ağırlığımla onun üstünə atdım". Timsahı iti buraxmağa məcbur edib. Xəstəxanaya yollanan qadının əlinə beş tikiş qoyulub. İt isə baytarlıq klinikasında müalicə alır.

Kamran Seyidov
Milli.Az