Türkiyədən daha bir yenilik - İndi də Bayraktar DIHA dronu gəlir - FOTO

23 Sentyabr 2021 17:06

Türkiyə yeni pilotsuz uçuş aparatı (İHA) Bayraktar DIHA-nı təqdim etdi.  

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, şaquli uçuş və eniş pilotsuz uçuş aparatının təqdimatı Türkiyədə keçirilən Teknofest-2021 Beynəlxalq Aviasiya, Kosmos və Texnologiya Festivalı çərçivəsində baş tutub. "Habericerik" nəşri məlumat yayıb ki, Bayraktar DIHA, TGG Anadolu universal amfibiya hücum gəmisinin hava qrupuna qoşula bilər. Gəminin uzunluğu 1,5 metr olan dronun qanadları 5 metrdir. DIHA-nın uçuş çəkisi 30 kiloqrama çatır və ağırlığı 5 kiloqramı keçmir.

12 saata qədər havada qala bilər və maksimum uçuş məsafəsi 150 kilometrdir. DIHA ilə şirkətin əvvəlki modelləri arasındakı əsas fərq şaquli uçuş və enmə imkanıdır.

Kamran Seyidov
Milli.Az