Bu pəhriz qadınları cavanlaşdıracaq

25 Sentyabr 2021 18:45

Qocalmaqdan qorxursunuz? Aldığın bahalı kremlər heç bir işə yaramır? Dodaq və gözətrafı qırışlar hər güzgüyə baxdıqca əhvalını korlayır? O zaman daxilən cavanlaşmağa başla.

Milli.Az Axşam.az-a istinadən cavanlaşdırıcı pəhrizi təqdim edir:

Cavan qalmaq üçün:

• Az-az qidalanmaq və çoxlu balıq yemək.

• Çoxlu su içib, idmanla məşğul olmaq.

• Təmiz havada piyada gəzmək.

• İstədiyin qədər yatmaq, imkan olan kimi səyahət etmək və optimist olmaq.

Qətiyyən bunu etmə:
Doyunca yemək, alkoqol qəbul etmək, siqaret çəkmək, bütün günü evdə oturmaq, saatlarla televizora baxmaq, bütün günü fikir etmək, deyinmək, yeniliklərdən çəkinmək, hisslərini içində boğmaq, tünd rəngdə paltar geyinmək və çox hündür dikdabanda gəzmək.

Cavanlaşdırıcı pəhriz:
Çiy kökü sürtgəcdən keçirib, üzərinə bal, limon şirəsi əlavə edib, istədiyiniz meyvəni doğrayın. 3 gün ancaq bu qarışıqla qidalanın.

IV gün rasiona çörək və az miqdarda kartof əlavə edin.
V gün isə normal rejiminizə qayıda bilərsiniz.

Amma unutmayın:

Heyvanmənşəli yağları və ətləri rasiondan uzaqlaşdırın. Onlar qocalmanı sürətləndirir.

Unutma:
• Tərkibində duz, şəkər, xolesterin, nişasta olan qidaları azaldın.
• Rasionda meyvə və tərəvəzi artırın.
• Daha çox bitki yağlarına üstünlük verin.

Pəhrizi il ərzində bir neçə dəfə təkrar etmək olar.

Milli.Az