Ən əziz insan kimdir?

25 Sentyabr 2021 20:50

İmam Əli (ə) buyurur: "Doğruluq sənə nicat verəcəkdir, baxmayaraq ki, ondan qorxsan belə. Yalan səni məhv edəcəkdir, baxmayaraq ki, ondan özün üçün təhlükə hiss etməsən belə".

İmam Əliyə (ə) sual verirlər ki, ən əziz insan kimdir?

Buyurur: "O kəs ki, həmişə və hər yerdə doğruluqla rəftar edər".

İmam Əli (ə) buyurur: "İman odur ki, doğrunu, ziyanına olsa belə, xeyirinə olan yalandan üstün tutasan".

İmam Sadiq (ə) buyurur: "Allah Təala heç bir peyğəmbər göndərməmişdir, məgər doğrudanışan olsun və əmanəti həm yaxşı və həm də pis insanlara qaytarsın".

Beləliklə deyə bilərik ki, Məsumların (ə) nəzərinə görə, Allahın ən əziz insanı - doğru danışan insandır, baxmayaraq ki, bu doğru söz onun ziyanına olsa belə.

Milli.Az