İmam Hüseynin ən bariz xüsusiyyəti

25 Sentyabr 2021 19:50

İmam Hüseynin (ə) ən bariz xüsusiyyətlərindən biri bu idi ki, rəftarında, əxlaqında və yaşayışında ilk növbədə Allahın razılığını düşünərdi. Danışığı - Allah sözü olardı, əxlaqı - Allah bəyənən şeylər olardı, yaşayışı - Allah istəyən kimi olardı.

Bundan başqa, İmam (ə) hər şeydə Allahın bəyəndiyi işləri görməyə çalışırdı. O cümlədən:

1. Allah üçün qiyam etdi. İmam (ə) buyurur: "Allahım! Sən yaxşı bilirsən ki, o şeyi ki, biz edirik - hakimiyyəti ələ almaq və dünyanın dəyərsiz malını əldə etmək üçün olmamışdır. Ona görə olmuşdur ki, Sənin din elmini ucalmış görək, şəhərlərində islah edək və zülm görmüş bəndələr rahatlansınlar və Sənin vacibatlarına, əhkam və sünnətinə əməl etsinlər".

2. Allah razılığı ardınca olmaq. İmam Hüseyn (ə) babası Rəsuli-Əkrəmin (s) qəbri kənarında buyurur: "Allahım, həqiqətən mən mərufu sevirəm və münkəri çirkin hesab edirəm. Səndən istəyirəm ki, bu qəbrə xatir və onun daxilində olana xatir qiyamda Sənin və Peyğəmbərin (s) razılığı olan şeyləri həyata keçirəsən".

3. Hər nəyi Allah istəyir... O zaman ki, Həzrət İmam Hüseyn (ə) Mədinədən Məkkəyə hərəkət edir, Məkkədə çoxlu xütbələr edir. Onların birində buyurur: "Həmd Allah üçündür. O şeyi ki, Allah istəyir (o, olacaqdır) və Allahdan başqa qüvvə yoxdur. Allahın razılığı - biz Əhli-Beytin (ə) razılığıdır. Onun bəlası qarşısında səbir edərik".

4. Ancaq Allah üçün. O zaman ki, İmamın (ə) mübarək sinəsinə ox vururlar, yerə yıxılır və buyurur: "Allahın adı və Allahı yadı ilə, Allahın yolunda və Peyğəmbərin (s) dini yolunda (şəhid oluram)".

Milli.Az