Əfv və güzəşti Məsumlardan öyrənək

25 Sentyabr 2021 20:40

Keçmiş xəlifələrdən birinin nəvələrindən biri Mədinədə İmam Kazımla (ə) düşmənçilik edirdi. Bəzən də cəsarət tapıb Həzrətə (ə) nalayiq sözlər deyirdi.

Bir gün İmamın tərəfdaşları Həzrətə (ə) deyirlər ki, icazə verin bu insanı tənbeh edək. Ancaq İmam (ə) icazə vermir. Bir gün İmam Kazım (ə) soruşur ki, o kişi indi haradadır? Deyirlər ki, filan tarlada əkinçiliklə məşğul olur. (Erfan)

İmam (ə) atına minir və onun yanına gedir. Ona yaxınlaşan zaman mehribanlıqla ona deyir ki, yorulmayasan. Onun halını soruşur və buyurur: "Bu tarladan nə qədər əldə edəcəyini ümid edirsən?". O, deyir: "Mənim qeyb elmim yoxdur". İmam (ə) buyurur: "Mən deyimmi ki, nə qədərinə ümidin vardır?". O, deyir: "Ümid edirəm ki, 200 dinar mənə çatar". İmam (ə) içərisində 300 dinar olan kisəni kişiyə verir və buyurur: "Allahın bu tarladan sənə verəcəyi ümidi ilə bunu al".

Kişi İmamın (ə) bu rəftarından o qədər təsirlənir ki, elə oradaca İmamdan (ə) üzr istəməyə başlayır. Həzrətdən (ə) istəyir ki, onu bağışlasın.

İmam Kazım (ə) mübarək dodaqlarında təbəssüm olduğu halda onu bağışlayır. Həmin gündən sonra bu kişi dəyişir və İmamın (ə) səmimi dostlarından olur.

İmam (ə) da dostlarına buyurur: "Sizcə bu rəftar yaxşıdır, yoxsa sizin təklif etdiyiniz? Bəli, mən onu xoş üz və alicənab rəftarladəyişdirdim".

Milli.Az