Kişi bir qadınla izdivacdan olan uşağa başqa qadınla izdivacdan doğulan uşağın adını qoya bilərmi?

25 Sentyabr 2021 20:10

Öz-özlüyündə bu hərəkət günah deyil. Ad - insanın özünəməxsus fərqlilik nişanıdır. İnsan öz adı ilə tanınır, başqalarından seçilir. Həttə fərqli izdivaclardan deyil, eyni izdivacdan doğulan uşaqlara da eyni adın qoyulması dini baxımdan qadağan deyil (uşaqların fərqlənməsi baxımından müəyyən maneələr yaratsa da). İslam tarixi boyunca bunun nümunələrinə çox rast gəlinmişdir. İslam müqəddəsləri öz özvladlarının bir neçəsinə eyni adı vermişlər; məsələn, "Əli", "Məhəmməd", "Fatimə" adları. Bəzən uşaqları fərqləndirmək üçün onları "böyük" və ya "kiçik" ləqəbləri ilə çağırmışlar. Məsələn, "Əliyyül-əkbər" (böyük Əli) və "Əliyyül-əsğər" (kiçik Əli), "Fatimətül-kübra" (böyük Fatimə) və "Fatimətüs-süğra" (kiçik Fatimə).

Milli.Az