Məşhur cütlüyün 18 milyonluq malikanəsi - FOTOlar

23 Sentyabr 2021 16:24

"Taxt oyunları" serialının ulduzu Sofi Törner və müğənni həyat yoldaşı Co Conas Mayamidə yeni malikanə alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük lüks villa üçün 11 milyon dollar (təxminən 18 milyon 688 min 820 manat) ödəyib. Dəniz sahilində yerləşən 6 mərtəbəli evin ümumi sahəsi 10 min 416 kvadratmetrdir və 0.4 hektar ərazidə yerləşir. 

Malikanədə 8 hamam, 6 yataq otağı, hovuz, qapalı bağlar, balıq gölü, şərab zirzəmisi var.

Qeyd edək ki, ikili 3 ay bundan əvvəl Los-Ancelesdəki malikanələrini 16,7 milyon dollara (təxminən 28 milyon 390 min manat) satıb.

Milli.Az