Səyyad Əlizadənin son durumu açıqlandı

23 Sentyabr 2021 10:39

Atamın müalicəsi davam edir, hər hansı bir dəyişiklik yoxdur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə müğənninin qızı məlumat verib. 

Onun sözlərinə görə, həkimlər sənətçinin səhhəti barədə hələ bir söz demir:

"Həkimlər əllərindən gələni edir. Müalicəsi davam edir. Hər gün vəziyyətində dəyişiklik olmur, olanda həkimlər bizimlə əlaqə saxlayır. İnşallah yaxşılaşacaq. Xoş xəbərlərini də sizlərə deyəcəyik".

Milli.Az