Aktrisanın yeni layihəsi

23 Sentyabr 2021 11:42

Türkiyəli aktrisa Melisa Aslı Pamukun yeni serialı bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Cənnət köyü" serialında baş rolu canlandıracaq. O, "Neva" obrazına həyat verəcək.

Qeyd edək ki, "Star" telekanalında yayımlanması planlaşdırılan ekran işində 3 bacı və ananın həyat hekayəsindən bəhs olunur.

Milli.Az