ABŞ-ın ən nəhəng stadionlarından birində yanğın baş verib - VİDEO

23 Sentyabr 2021 14:12

ABŞ-ın Nyu-Orlean şəhərində yerləşən və şəhəri təmsil edən "Nyu-Orlean Seynts" reqbi komandasının 73 208 min tamaşaçı sığan stadionunda yanğın baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğın idman arenasının damını təmizləyən maşında baş verən nasazlıq nəticəsində başlayıb.

Yanğın nəticəsində bir nəfər xəsarət alıb.

Milli.Az