Pakistanda sel fəlakəti yaşanıb - VİDEO

23 Sentyabr 2021 13:36

Pakistanın Pəncab vilayətinə yağan leysan yağışları sel fəlakəti ilə nəticələnib, küçələr su altında qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sel səbəbiylə nəqliyyatın hərəkətindən problemlər yaşanıb, vilayətin bir çox ərazisində elektrik enerjisi kəsilib.

Hazırda hökumət qurumları xüsusən təhlükəli ərazilərdə yaşayan insanların təxliyəsini həyata keçirir.

Milli.Az