Bodrum içməli suya həsrət qala bilər - FOTO

23 Sentyabr 2021 11:18

Türkiyənin populyar turizm mərkəzlərindən olan Bodrum içməli suya həsrət qala bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, şəhərin tək su qaynağı olan Mumcular bəndində suyun səviyyəsi 10%-dən də aşağı düşüb.

Hövzənin quruması nəticəsində 40 il əvvəl suyun altında qalmış Bodrum-İzmir yolu üzə çıxıb.

Şəhər rəhbərliyi hazırda su çatışmazlığını Milasdakı su anbarı hesabına aradan qaldırmağa çalışır. Lakin bu anbarda da su ehtiyatının 35%-ə düşdüyü bildirilir.

Milli.Az