Bağdadda səslərin təkrar sayımına başlandı

3 May 2010 14:52
Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə paytaxt Bağdadda səslər yenidən sayılır. Xatırladaq ki, Bağdadda təkrar hesablamaya qərar verilməsinə səbəb parlament seçkisində məğlub olmuş baş nazir Nuri əl-Malikinin tələbləridir. Saxtakarlığa yol verildiyini bildirən əl-Maliki uzun mübarizədən sonra  paytaxtda səslərin təkrar hesablanmasına nail olub.

İlkin nəticələrə görə, İraqın sabiq baş naziri İyyad Allauinin rəhbərlik etdiyi blok baş nazirin blokuna qalib gəlib.

Qeyd edək ki, İraq parlamentindəki 325 deputatın beşdə biri məhz Bağdaddan seçilir. Təkrar hesablamanın 2 həftə davam edəcəyi bildirilir.

Milli.Az