Ömrü uzadan içki

27 Sentyabr 2021 23:10

Hər gün süd içmək sağlamlığa təsir edə və hətta ömrü uzada bilər.

Milli.Az xəbər verir ki, bu qənaətə İngiltərənin Redinq Universitetinin alimləri gəliblər.

"Express" saytında yayımlanan məqaləyə görə, bu fakt 2 milyon ABŞ və İngiltərə sakinləri üzərində yoxlanılıb. Alimlər müəyyən edib ki, süd sevən insanlarda ürəyin işemik xəstəliyi riski 14% azalır. Bununla bərabər qeyd olunur ki, süd 18-20% zülal və amin turşuları, həmçinin doymuş yağlar ehtiva edir. (publika.az)

Milli.Az