Ermənistanda COVID-19-dan ölənlərin sayı 5181 nəfərə çatıb

22 Sentyabr 2021 14:54

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 273 yoluxma halı qeydə alınıb.

Milli.Az bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 254 709 nəfərə çatıb.

Son sutka ərzində Ermənistanda COVID-19-dan 20 ölüm halı qeydə alınıb, bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 5181 nəfərə çatıb.

Milli.Az