AİB Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yüksəldib

22 Sentyabr 2021 09:49

Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycan iqtisadiyyatında 2,2%-lik artım gözləyir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, mart gözləntiləri ilə müqayisədə 0,3 faiz bəndi çoxdur.

AİB 2022-ci ildə ölkədə real ÜDM artımını 2,5% səviyyəsində proqnozlaşdırır ki, bu proqnoz mart ayının gözləntiləri ilə müqayisədə dəyişməz qalıb.

Milli.Az