Bu bölgədə ciddi zəlzələ olacaq - Naci Görür

22 Sentyabr 2021 12:30

Gələcəkdə bu bölgədə ciddi bir zəlzələnin olacağını gözləyirik.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin tanınmış mütəxəssisi Naci Görür ötən gün Malatyada baş verən zəlzələni şərh edərkən bildirib.

"Bu zəlzələ, ehtimal var ki, Malatya fay zonasında baş verib. Gələcəkdə bu zonanın kəsişməsində ciddi bir zəlzələ olacağını gözləyirik", - Görür vurğulayıb.

O qeyd edib ki, sözügedən bölgədə son zəlzələ 1893-cü ildə baş verib.

Milli.Az