Tovuzda ərzaq mağazası yanıb

22 Sentyabr 2021 09:28

Tovuz rayonunun Əyyublu kəndində ümumi sahəsi 50 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan köməkçi tikilinin dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az