Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ: Bu gün...

22 Sentyabr 2021 08:22

Bu gün axşamdan sabah gündüzədək dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda suluğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel kecəcəyi ehtimalı var.

Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.

Milli.Az