Bakıda bu yollarda sıxlıq var - SİYAHI

22 Sentyabr 2021 09:06

Bakı Nəqliyyat Agentliyi səhər saatlarında paytaxtda sıxlıq yaranan əraziləri açıqlayıb.

Agentlikdə Milli.Az-a verilən məlumatda bildirilir ki, hazırda paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov pr. istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi - Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq yaranıb.

Həmçinin Bakı-Sumqayıt şossesi - şəhər istiqamətində, Babək prospekti - Yusif Səfərov küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küç. - Cavanşir körpüsündə və Yusif Səfərov küçəsi - Cavanşir körpüsü istiqamətində sıxlıq müşahidə edilir.

Milli.Az