Etna vulkanı yenə püskürdü - VİDEO

22 Sentyabr 2021 13:18

İtaliyanın Siciliya dasındakı Etna vulkanı yenidən fəallaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Odlu dağ üç saat ərzində kül və lava püskürüb. Onun püskürtüsü 9 min metr yüksəkliyə çatıb.

Qeyd edək ki, dəniz səviyyəsindən 3326 metr hündürlükdə olan vulkan üç həftə öncə aktivləşmiş və yerli sakinləri xeyli qorxutmuşdu.

Milli.Az