Ötən həftə dünyada koronavirusa 3,6 milyondan artıq insan yoluxub - ÜST

22 Sentyabr 2021 07:55

Ötən həftə ərzində dünyada koronavirusa 3,6 milyondan artıq yoluxma, 60 minə yaxın isə ölüm halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 9 faiz, ölüm hallarının sayı isə 7 faiz azalıb:

"Sentyabrın 13-dən sentyabrın 19-dək koronavirusa 3 671 232 nəfər yoluxub, 59 839 nəfər isə koronavirusdan ölüb. Sentyabrın 19-u üçün dünyada koronavirusa yoluxma hallarının sayı 227 940 972, koronavirusdan ölüm hallarının sayı isə 4 682 899 nəfər təşkil edib".

Bundan əlavə bildirilir ki, ilk dəfə Böyük Britaniyada aşkarlanan "alfa" ştammı 193 ölkədə, "Delta" ştammı 185 ölkədə, "beta" ştammı 142 ölkədə, "qamma" ştammı isə 96 ölkədə qeydə alınıb.

Milli.Az