Çin ilin sonuna qədər digər ölkələrə 2 milyard doza peyvənd göndərəcək

22 Sentyabr 2021 07:45

Çin ilin sonuna qədər digər ölkələrə koronavirusa qarşı 2 milyard doza peyvənd göndərməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib.

S.Cinpin bildirib: "Çin bu ilin sonuna qədər dünyaya ümumilikdə 2 milyard doza COVID-19 peyvəndi vermək üçün bütün səyləri göstərəcək".

O qeyd edib ki, Çin bu il inkişafda olan ölkələrə 100 milyon doza peyvənd ayıracaq.

Milli.Az